Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Ata 6 yaşlı uşaqları evləndirdi – BƏHANƏSİ İSƏ… (FOTO)

Ata 6 yaşlı uşaqları evləndirdi – BƏHANƏSİ İSƏ… (FOTO)

Taylandın paytaxtı Banqkokda qəribə hadisə baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən ölkədə ailə öncəki həyatlarında birlikdə olduqlarına inandığı yeniyetmələri evləndirib.
6 yaşlarındakı bir oğlan və bir qıza Budist qaydalarına uyğun olaraq toy mərasimi keçirilib.

Belə ki, əkiz bacı-qardaş 2012-ci ildə dünyaya gəldiyi zaman ailə onların öncəski həyatlarında sevgili olduğunu və dərhal evlənmələri gərəkdiyinə inanaraq belə addım atıblar.

Hadisə ilə bağlı uşaqların atası açıqlama verib:

“Bu evlilik məclisinin səbəbini  əkiz uşaqlarımızın əvvəlki həyatlarında bir-biriylə sevgili olduqlarına inanmağımızdır. Bu inanc bizə keçmiş ata-babalarımızdan qalıb. Öncəki həyatlarında yaşadıqları problemləri həll edə bilmələri üçün bu toyu etmək məcburiyyətindəyik. Əgər evlənsələr gələcəkdə  sağlam və uğurlu bir həyatları olacaq, xəstə olmayacaqlar”.

 

  • Ata 6 yaşlı uşaqları evləndirdi- BƏHANƏSİ İSƏ... (FOTO)
  • Ata 6 yaşlı uşaqları evləndirdi- BƏHANƏSİ İSƏ... (FOTO)
  • Ata 6 yaşlı uşaqları evləndirdi- BƏHANƏSİ İSƏ... (FOTO)

Həmçinin oxuyun

Ermənistanın 30 ildəki itkilərinin sayı açıqlanıb

Ermənistan mətbuatı ölkənin müxtəlif illərdə cəbhədəki itkiləri ilə bağlı statistika dərc edib. Azvision.az “news.am”a istinadən xəbər …