Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Avropa Şurası Parlament Assambleyası ( AŞPA) Türkiyəni 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün qəbul edilən qərarda səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.

Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.

Türkiyənin baş naziri Binəli Yıldırım isə buna münasibət bildirərək seçimi Türkiyənin edəcəyini deyib: “AŞPA öz işinə baxsa, yaxşı olar. Seçimi Türkiyə edəcək. Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir”.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …