Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Arvadımla Ərdoğanla görüşdüyüm qədər görüşürüəm” – Peskov

“Arvadımla Ərdoğanla görüşdüyüm qədər görüşürüəm” – Peskov

Kremlin sözçüsü Dimitri Peskov iş proqramının sıxlığı ilə əlaqədar həyat yoldaşı Tatyana Navka ilə çox az görüşdüyünü, təxminən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığı qədər əlaqə saxlaya bildiyini açıqlayıb.
Rusiyanın NTV kanalında yayımlanan proqramda iştirak edən Peskov prezident Vladimir Putinin sözçüsü olmağın çox çətin iş olduğunu, tez-tez xarici ölkələrə səfər etmək məcburiyyətində olduğunu vurğulayıb. Şəxsi həyatı barədə danışan Peskov “Həyat yoldaşımla Ərdoğanla eyni aralıqda əlaqə saxlaya bilirəm. Nadir hallarda görüşürük, bəlkə də buna görə münasibətimizdə soyuqluq yaranmır” fikrini səsləndirib.
Sözçü Kremlə daxil olduğu sənədin son istifadə tarixi barədə verilən suala isə “Müddət Vladimir Putinin 7 mayda keçirilən andiçmə günündə başa çatıb, hazırda etibarsız sənədlə daxil oluram, hələlik buna icazə verirlər” cavabını verib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …