Bazar ertəsi , May 23 2022
Ana səhifə / Dünya / Artur Vanesyan: “Ermənistan Prezidentinin istefası heç bir problemi həll etmir”

Artur Vanesyan: “Ermənistan Prezidentinin istefası heç bir problemi həll etmir”

Prezident Armen Sarkisyanın istefası dövlətin qarşısında duran heç bir problemi həll etmədiyi üçün gecikmişdi və ya mənasını itirdi. Prezidentin istefası heç bir problemi həll etmir.

“Report” xəbər verir ki, bunu Ermənistanın “Şərəf duyuram” fraksiyasının lideri Artur Vanesyan deyib.

Onun sözlərinə görə, sağlam siyasi məntiq çərçivəsində ölkənin indiki hakimiyyətinin davranışını anlamaq kifayət qədər çətindir, hətta mümkün deyil.

“Aydındır ki, Sarkisyan dövlətimiz üçün ən çətin situasiyalarda və ən mühüm proseslərdə Konstitusiyanın ona verdiyi minimum səlahiyyətlərdən istifadə etməyib. Sarkisyan bu səlahiyyətləri kifayət qədər və effektiv olmaması hesab edib, onlar böhranlı vəziyyətlərin həllinə kömək edə, bu da öz növbəsində indi düşdüyümüz fəlakətli vəziyyətin qarşısını ala bilərdi”, – deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan dünən istefa verib. O, qeyd edib ki, istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır. Ermənistan Konstitusiyasına əsasən növbədənkənar prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini Milli Məclisin spikeri Alen Simonyan icra edəcək.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …