Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / “Artur Rəsizadə tamamilə sağlam adamdır, hər gün işə gəlir” – Mətbuat katibi ilə MÜSAHİBƏ

“Artur Rəsizadə tamamilə sağlam adamdır, hər gün işə gəlir” – Mətbuat katibi ilə MÜSAHİBƏ

Qlobal iqtisadi böhranın növbəti dalğası, neftin qiymətdən düşməsi Azərbaycana da təsir edir. Bu kimi situasiyalarda ölkələrin baş nazirləri bütün prosesləri nəzarətdə saxlamaqla bərabər, vaxtaşırı publika qarşısına çıxır, operativ reaksiyalar verirlər.

Lakin Azərbaycan istisnadır və belə bir durumda ölkənin baş naziri Artur Rəsizadənin mövqeyi maraqlı olsa da, hələlik konstitusiya ilə ölkənin ikinci şəxsinin münasibətinə rast gəlinmir.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli ilə “Yeni Müsavat” qəzetinə müsahibəsində  bu məsələlərdən də danışıb. Söhbətə isə maliyyə naziri Samir Şərifovla baş nazirin birinci müavini Yaqub Eyyubov arasında çox sərt telefon danışığının olması barədə yazdıqlarına münasibət öyrənməklə başlanılıb.

Öncə qeyd edək ki, məlumata görə, baş nazirin birinci müavini maliyyə nazirinə zəng edərək, hansısa məsələləri müzakirə edib və müəyyən işlərin görülməsi üçün çox güman ki, maliyyə ayrılmasını istəyib. Y.Eyyubov öz istəklərini prezidentin tapşırıqları ilə əlaqələndirib. Lakin gözlənilmədən qarşı tərəfdən sərt təpki alıb. Samir Şərifov kobud tərzdə cavab qaytararaq, telefonun dəstəyini asıb.

Qəzəblənmiş baş nazirin müavininin növbəti zəngləri isə cavabsız qalıb – nazir telefonun dəstəyini qaldırmayıb. <p”>


– Akif müəllim, nazir və baş nazirin müavini arasında gərginliyin səbəbi kimi onların hər ikisinin baş nazir olmaq istəyi göstərilir. Yazılanlar nə dərəcədə doğrudur?

– Bu barədə nə eşitməmişəm, nə şahidi olmamışam. İkincisi də burda məntiq yoxdur. İki adamın telefon danışığı barədə necə olur ki, hansısa sayt xəbər tutur? Bütün bunlar uşaq söhbətləridir. Üstəlik, baş nazirlik hər kəsin arzusu ilə deyil ki. Eyni zamanda o səviyyədə olan, bilikli, savadlı, siyasəti bilən, dövlət idarəçiliyində olan adamların o cür mübahisəsi, ümumiyyətlə, ağlabatan bir şey deyil. Ona görə də yazılanlar həqiqətə uyğun olmaya bilər.

– Dünyada neftin qiymətdən düşməsi Azərbaycana da təsirsiz ötüşmür. Belə böhranlı vəziyyətdə… 

– (Sualı kəsir) Ölkədə böhran yoxdur. Neftin qiyməti isə bütün dünyada düşüb. Bu, beynəlxalq aləmdə olan proseslərdir. Amma hökumətin önləyici tədbirləri nəticəsində belə bir vəziyyətin Azərbaycana təsiri minimum olur. Bu dəfə də hökumət çalışır ki, o cür önləyici tədbirlə belə vəziyyətin əhalinin sosial durumuna təsirini minimuma endirsin.

– Mehman Əliyev qəzetimizə deyib ki, hökumət islahatlarla bağlı paket hazırlayıb. Doğrudurmu?  <p”> <p”>

– O, mətbuat üzrə ekspertdir, paket üzrə yox.

– Ümumiyyətlə, islahatlarla bağlı təkliflər hazırlanıbmı?   

– Sizə bir şey deyim. Mən Nazirlər Kabinetinin içərisində oturan adamam. Necə olur ki, hökumətin hazırladığı paketdən Mehman Əliyev xəbər tutur, amma mənim xəbərim yoxdur? Belə çıxır ki, onu hazırlayanlar Mehman Əliyevi çağırıb, deyib biz təkliflər paketi hazırlayırıq, sənə də bu barədə məlumat veririk? Niyə?

Bu, varsa da, məlumat prezidentə verilir. Açığı, olub-olmadığını mən bilmirəm. Təbii ki, önləyici tədbirlərlə bağlı hökumət müəyyən tədbirlər görür. Amma bunun paket şəklində olub-olmadığını başqa kim bilər ki? Bu barədə cənab prezidentə məruzə edə bilərlər, yaxud onun tapşırığı ilə işləyə bilərlər. Yoxsa hansısa ekspertin bu barədə məlumat alması inandırıcı deyil.

<p”><p”>– Hər halda təkliflər paketinin olması normal məsələdir, nəinki olmaması, elə deyilmi?

– Əlbəttə, bütün hallarda şübhəsiz ki, hökumət çalışır, müəyyən işlər görür. Amma bunlar barədə heç bir sənəd ortada olmadan nəsə bir məlumat vermək qeyri-ciddi söhbət olur. Əvvəldən nələrinsə deyilməsinə nə ehtiyac var ki? Amma o işi, o funksiyanı vəzifəli adamlar, iqtisadi qurumlar görürlər. Onlar özləri öz işlərini görürlər. Hərənin öz tapşırığı var, prezidentə də hesabat verirlər. Situasiya belədir. Məsələlərə daha yüksəkdən baxaq, yoxsa şayiələrə əsaslanmaqla yox.

– Baş nazirin özü bu proseslərə nəzarət edirmi? Nadir hallarda göründüyü, publika qarşısına çıxdığı üçün soruşdum… 

– Şübhəsiz, baş nazir bu proseslərin üstündədir. Prezidentin tapşırığı ilə bütün məsələləri nəzarətdə saxlayır, səhərdən-axşamadək iş başındadır. Başqa nə iş ola bilər ki, əlbəttə, bu işlə məşğuldur. <p”>

<p”>– Vaxtaşırı baş nazirin yaşının çoxluğu önə çəkilir, istefaya gedəcəyi iddia olunur…

– Mən o zaman da deyirdim, indi də deyirəm: o jurnalistlər ki, yazırdılar Artur Rəsizadə işə çıxmır, səhhəti filandır, mən onlara deyirdim ki, səhər saat 9-a 15 dəqiqə qalmış Nazirlər Kabinetinin qarşısına gəlin və baş nazirin kartejinin içəri girdiyini özünüz görün. Axşam da saat 7-də işdən getdiyi vaxtdır.

Lakin gəlmədilər, baxmadılar. “Xəstədir”, “işə gəlmir”, “yoxdur” deyilir ki, bunların hamısı boş söhbətdərdir. Oturub öz yerində, öz işi ilə məşğuldur, prezidentin tapşırıqlarını icra edir. Hərə bir şey deyir, müəyyən məqsəd güdən, təmənnalı, məqsədli adamlar var. Yaxud sadəcə elə-belə reytinqini qaldırmaq istəyən mətbu orqanlar var.

– Yəqin ki, nazirlər, yaxud baş nazirin müavinləri sırasında baş nazir olmaq istəyində, arzusunda olanlar da var…

  <p”>- Mən onu deyə bilmərəm, çünki bilmirəm. Amma istəməklə deyil. Məsələn, mən çox şey istəyirəm, amma nə olsun? Deyə bilərəm ki, mənim vəzifəm kiçik vəzifədir, imkanlarımın cəmi 20 faizi qədərdir. Nə olsun? İstəməklə deyil ki. Dövlət idarəçiliyi başqa şeydir.  <p”> <p”>

– Yəqin imkan düşəndə Artur Rəsizadə ilə səmimi söhbət edirsiniz. Baş nazir kimi özü işləməkdə davam etmək fikrindədirmi?  <p”> <p”>

– Artur Rəsizadə tamamilə sağlam adamdır, bütün təfəkkürü, idrakı, şüuru, yaddaşı çox cavandan da möhkəmdir və heç bir problemi də yoxdur. Şəxsən mən problem görməmişəm və işində davam edir. Allah nə qədər məsləhət bilsə, o qədər də davam edəcək.

– Mən məmnuniyyətlə, Artur müəllimdən müsahibə götürmək istərdim. Bəlkə yardımçı olasınız…

– Yox, o məndən asılı deyil. Bu, artıq Artur müəllimin qrafikindən asılıdır. Əgər siz yazılı müraciət etsəniz, mən ona verə bilərəm. Əgər o, qrafikində yer ayırsa və intervü vermək üçün vaxtı uyğun gəlsə, heç bir problem olmaz.

– Amma adətən baş nazir müsahibələrə maraqlı olmur.

– Bilirsiniz necədir? Əgər o, prezidentin tapşırığını icra edirsə, öz adından nələr desin? O, dövlətin işini aparan adamdır. Dövlətin ümumi iqtisadi siyasəti var, bu siyasət də prezidentin nəzarəti ilə həyata keçirilir. Baş nazir də sadəcə icra edir. Burda xarakterin özünün mentallığı, ziyalılıqdan irəli gələn özünü gözə soxmamaq, ambisiyalı olmamaq məsələləri var.

Eyni zamanda sadəcə sədaqətlə Heydər Əliyev yoluna, İlham Əliyevin nəzarəti altında gedən proseslərə xidmət etmək məsələsi var. Yəni burda başqa səbəb yoxdur. Özün bilirsən, çox ziyalı bir adamdır, dərin ziyalı bir nəsildəndir, özü də Azərbaycan dövləti və hökuməti üçün ömrü boyu çalışan adamdır. Şəxsən mən bunun şahidi olmuşam. Burda işlədiyim 20 il ərzində onun Azərbaycan üçün, xüsusən aparılan danışıqlarda, Qarabağla bağlı məsələlərdə, Azərbaycanın iqtisadiyyatı, ordu quruculuğunun möhkəmlənməsində onun nə qədər xidmətinin olduğunu şəxsən mən deyə bilmərəm.

– Azərbaycan bu böhranlı vəziyyətdən böyük vəsaitlər itirir…

– Gəlin bunun adını böhran qoymayaq da. Böhran 90-cı illərdə var idi. Azərbaycan iqtisadiyyatı, sadəcə olaraq, dünyada gedən iqtisadi, maliyyə proseslərinə uyğun olaraq öz iqtisadi siyasətini tənzimləyir, aparır ki, içəridə sosial duruma ciddi təsir olmasın.

– Azərbaycan neft gəlirlərinin azalmasından hər gün nə qədər itirir?

– Bu barədə məndə rəqəm yoxdur. Bu kimi məsələləri hesablamaq üçün Nyu-Yorkda xüsusi birja fəaliyyət göstərir. Azərbaycan 20 ildə özü üçün o qədər möhkəm iqtisadi baza qurub ki… İstər Neft Fondu vasitəsilə, istər büdcənin artımı, qeyri-neft fondu məsələlərində. Güman etmirəm ki, bu vəziyyətin bizə ciddi təsiri olsun. Amma bütün məsələlər nəzərə alınır, tənzimlənir.

– Yəni payızda maaş, təqaüd krizisi gözlənilmir?

– Vallah, mən burdayam, amma burda belə bir həyəcanlı söhbət eşitməmişəm. Əhalinin durumu, maaşlarla bağlı heç bir problem ola bilməz. Amma bütün bunlar nəzərə alınır. Alınmasa, bu, dövlət olmaz ki. Özü də bizim dörd bir tərəfimizdə çox ciddi proseslər gedir. Bütün bunlar nəzərə alınır. Şübhəsiz ki, vəziyyət müəyyən qədər təsir edəcək. Bir var gündə adamın cibinə 10 manat gəlsin, bir də var 1 manat. Təbii ki, təsir edir…

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …

Bir cavab yazın