Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Artak Davtyan Ermənistanın Baş Qərargah rəisi oldu

Artak Davtyan Ermənistanın Baş Qərargah rəisi oldu

Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri təyin edildiyini bildirib.

Bu barədə Paşinyan “Facebook”da yazıb. Onun sözlərinə görə, bu gündən Artak Davtyan Baş Qərargah rəisi vəzifəsinə başlamış sayılır: “Qanuna əsasən, Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edildi”.

Qeyd olunub ki, baş nazir 10 mart 2012-ci il tarixdə Artak Davtyanın Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi üçün Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərib. Konstitusiyaya görə, prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir.

Prezident qanunda nəzərdə tutulmuş müddətdə sənəd layihəsini imzalamayıb, həmçinin Konstitusiya məhkəməsinə müraciət etməyib: “Müvafiq qanuna əsasən Artak Davtyan 22 mart tarixdən Baş Qərargah rəisi vəzifəsinə təyin edildi”. Azvision.az

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …