Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Arsurun Ovanisyana hücum edib döydülər

Arsurun Ovanisyana hücum edib döydülər

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi, Qarabağ müharibəsi günlərində az qala hər saat brifinq keçirib erməni ordusunun “düşməni darmadağın etdiyi, qələbənin yaxın olduğu” barədə bəyanatlar verən Arsurun Ovanisyanı döyüblər. Bu haqda onun özü Facebook-da bildirib. O yazıb ki, noyabrın 9-dan təhdidlər almağa başlayıb, amma onlara cavab vermirdi və polisə ərizə yazmırdı.

“Dünən gecə iki nəfər mənə hücum etdi. Mən onların cavabını verə bildim. Heç kimdən qorxmuram və heç kimi öz düşmənim saymıram. Amma təhdidlər daxil olduğuna görə, məni izlədiklərinə görə polisə müraciət etməyə məcburam”,-Ovanisyan yazıb.

Yalan üzərində qurulmuş erməni təbliğatının bu komik simasının vəziyyəti hələ noyabrın 9-dan, Ermənistanın kapitulyasiyasına saatlar qalmış pisləşmişdi. Təzyiqi kəskin artmışdı və xəstəxanaya yerləşdirilmişdi. Hərbi əməliyyatların dayandırıldığı elan ediləndən sonra, noyabrın 10-da o, öz səhifəsində yazdı: “Kaş ki heç ayılmayaydım…”. Virtualaz.org

Həmçinin oxuyun

Yaponiya parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümü qeyd olunub

Yaponiyalı qanunvericilər noyabrın 29-da ölkə parlamentinin fəaliyyətə başlamasının 130-cu ildönümünü qeyd ediblər. AZƏRTAC xəbər verir …