Cümə axşamı , May 13 2021
Ana səhifə / Dünya / Argentinada polis futbolçuları güllələdi – VİDEO

Argentinada polis futbolçuları güllələdi – VİDEO

Argentinada polis əməkdaşları ölkə çempionatının final oyunundan sonra “Sportivo de Las Parejas” komandasının futbolçularını güllələyiblər.

Oxu.Az-ın xəbərinə görə, səbəb kimi futbolçuların hakimə hücumu göstərilir.

Qarşılaşma “Defensores de Armstron” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib futbolçular hakimi oyunu düzgün idarə etməməkdə ittiham ediblər.

İnsidentə müdaxilə edən polis rezin güllələrdən istifadə edib. Bir neçə futbolçu yaralanıb, onlardan biri isə gözünü itirib.

Həmçinin oxuyun

ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq

ABŞ-ın Nyu-York şəhərində 28 May – Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq. “Report”un yerli …