Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Dünya / Arda Turan arvadının bu fotosuna görə tənqid olundu

Arda Turan arvadının bu fotosuna görə tənqid olundu

Türkiyə millisinin və Başakşehir klubunun futbolçusu Arda Turan sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, futbolçu həyat yoldaşı Aslıhan Doğanın onun ayaqlarını yuduğu şəklini paylaşaraq fotoya “Yeni fizioterapevtim” sözlərini yazmış, bu paylaşımı gündəm olmuşdu.

Tənqid hədəfi olan A. Turan sosial şəbəkədə açıqlama yayaraq xanımına ayaqlarını yudurtmadığını bildirib:

“Dizimə buz qoymuşam, ona kömək edir. Buna görə də xanımıma fizioterapevtim deyirəm…Ayağım da buzdolu vedrənin içərisindədir. Zarafat, gülmək, əyləncə bəs? Baxdığımızı nə zamandan etibarən görməz olduq?! Nə ayaq yudurtması?..Allah ağıl versin. Belə məqamda “Allah şəfa versin” deyərlər”.

Həmçinin oxuyun

Türkiyədəki yanğınlarla bağlı son vəziyyət açıqlandı – VİDEO

Türkiyənin 8 bölgəsində yanğın davam edir. Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir …