Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Aralıq dənizində 25 miqrant batıb

Aralıq dənizində 25 miqrant batıb

Liviya sahillərində hava ilə doldurulmuş qayığın çevrilməsi nəticəsində azı 25 nəfər batıb. Gəminin digər sərnişinlərini xilas etmək mümkün olub. Qaçqınlar Aralıq dənizindən keçərək Avropaya getmək niyyətində olublar.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın “Dəniz gözətçisi” (Sea Watch) adlı Aralıq dənizində qəzaya uğramış qaçqınların xilas edilməsi üzrə vətəndaş təşəbbüsü məlumat yayıb.

Liviya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Əyyub Qasim bildirib ki, göyərtəsində 100-dən çox qaçqının olduğu qayıq neytral sularda çevrilib. Onun sözlərinə görə, Liviya sahil mühafizəsinin qəza baş verən əraziyə dərhal yollanmaq üçün lazımi vasitələri olmayıb. Qasim faciəyə səbəb kimi hava şəraitinin pis olmasını göstərib.

Miqrantların xilas edilməsi prosesində İtaliya sahil mühafizəsi iştirak edib.

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …