Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Dünya / Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq – RƏSMİ

Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq – RƏSMİ

“Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq”.

Bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: “Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir”.

Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: “Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir”. (APA)

Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq -  Nazir müavini

Həmçinin oxuyun

İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, …