Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Apple” şirkəti təyyarə qəzasına görə məhkəməyə verildi

“Apple” şirkəti təyyarə qəzasına görə məhkəməyə verildi

2016-cı ilin mayında Aralıq dənizi üzərində təyyarə qəzasında həlak olanların qohumlarının vəkilləri “Apple” şirkətini məhkəməyə veriblər.

“ Azinforum.az ” ICTnews-a istinadən xəbər verir ki, iddiaçıların fikrincə, təyyarə alovlanan “iPhone” və ya “iPad” qurğusuna görə qəzaya uğrayıb.

Hazırda iddianın hansı məhkəməyə verilməsi və məbləği məlum olmasa da, iddiaçıların qənaətinə görə, təyyarənin yanmasına və yerə düşməsinə şturmanın kabinədə cihaz paneli üzərinə qoyduğu “Apple” qurğusu səbəb ola bilər. Şayiələrə görə, bu ya “iPhone 6S” smartfonu, ya da “IPad Mini” planşeti olub.

Bildirilir ki, Aralıq dənizi üzərində faciədə smartfonun mümkün rolu barədə informasiya ötən ilin əvvəlində yayılmağa başlayıb. Bu nəzəriyyənin tərəfdarları güman edir ki, qurğunun partlayaraq yanğına və ya cihazların qısa qapanmasına səbəb olması nəticəsində hava gəmisi yüksəkliyi itirməyə başlayıb. Smartfonun partlamasını dolayısı ilə daha bir fakt təsdiq edir ki, təyyarə ilə əlaqənin itirilməsinə 7 dəqiqə qalmış dispetçerlər tərəfindən yanğın barədə xəbərdarlıq edən avtomatik həyəcan siqnalı alınıb.

Qeyd edək ki, Parisdən Qahirəyə reys yerinə yetirən “EgyptAir” aviaşirkətinin “Airbus A320” təyyarəsi 2016-cı il mayın 19-da Aralıq dənizində qəzaya uğrayıb. 66 nəfərin həyatına son qoyan qəzanın əsas versiyası terror aktı hesab olunur. Belə ki, həlak olanların qalıqlarının analizindən göyərtədə partlayışın baş verməsi məlum olub.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …