Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi…

Rusiyanın məşhur Lenta.ru  informasiya portalı Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “bayraq” adlandırdıqları əski parçasını reklam etməyə başlayıb.
Moderator.az xəbər verir ki, sözügedən rus saytının əsas və xəbərlər səhifəsində 3 yerdə, biri daha böyük ölçüdə olmaqla Ermənistanın supermarket.am onlayn-marketinin reklamı yerləşdirilib. Reklamda ara-sıra müxtəlif ərzaq və s. malları görünsə də, əsasən, demək olar ki, sutka boyu hazırda Azərbaycan Respublikasının hüquqi ərazisində işğalçı Ermənistanın birbaşa himayəsi altında Azərbaycan ordusu və əhalisinə qarşı hərbi əməliyyatlar aparan, dinc sakinlərin yaşadığı şəhər, qəsəbə və kəndlərə ballistik raket, qrad qurğuları, toplar, tanklar və s. vasitəsilə atəş açaraq birbaşa terror aktları törədən qondarma kriminal rejimin əski parçası nümayiş etdirilir… 
Üstəlik, bəhs edilən onlayn-marketin saytında rus və erməni dillərində  “Türk mallarına yox!” çağırışı da yazılır… 
Lenta.ru həmin saytdır ki, 2016-cı ilin iyulun 20-də Qarabağdakı separatçı rejimin o vaxtkı başçısı Bako Saakyanla müsahibə dərc etmişdi.
Bundan əlavə, 2019-cu ulin iyununda eyni sayt Rusiyada yaşayan Azərbaycan qadınları haqda təhqiramiz yazı dərc etmiş və səfirliyimizin müdaxiləsindən sonra xalqımızdan üzr istəyərək həmin materialı silmişdi…
P.S. Yəqin ki, müvafiq qurumlar, səfirlik və diaspor təşkilatlarımı bu olayla bağlı da gərəkli və qəti tədbirlər görməkdədirlər…

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …