Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Dünya / Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu ittihamları ciddi qəbul etmirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Misir XİN rəhbəri Samih Şükriyə cavabında deyib.

O bildirib ki, Türkiyənin bölgədəki varlığı təkcə öz təhlükəsizliyinin deyil, eyni zamanda, Suriyanın ərazi bütövlüyünün qorunmasında təminatçı rolunu oynayır:

“Suriya ilə bağlı Misirin vəzifəsi repressiv rejimlərə və qiyamçı paralel quruluşlara sahib terror təşkilatlarına dəstək vermək deyil, xalqın fikirlərini dinləmək, bölgədə davamlı sülh, təhlükəsizlik və sabitliyə xidmət etmək olmalıdır”.

Qeyd edək ki, S.Şükri qatıldığı iclasda Türkiyənin Suriyadakı varlığına etiraz edib.

Həmçinin oxuyun

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir” – PUTİN

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir”. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin …