Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Amerikalı keşişin görüntüləri qalmaqal yaratdı – VİDEO

Amerikalı keşişin görüntüləri qalmaqal yaratdı – VİDEO

Amerikalı keşişin azyaşlı uşağı vurması böyük səs-küyə səbəb olub. İnternetdə yayılan görüntülər ABŞ vətəndaşları ilə yanaşı, digər xristianların da hiddətləndirib.
Xistian dinində müqəddəs ayinlərdən biri sayılan kilsəyə, imanlılar cəmiyyətinə qəbul olunmaq münasibətilə amerikalı körpənin xaç suyuna salınaraq vəftiz edilmə mərasimində keşiş əsəblərinə hakim ola bilməyib. Vəftiz prosesində körpənin ağlamasına əsəbləşən keşiş balacanı şillələyib, daha sonra isə ağzını tutaraq başını sinəsinə sıxıb hava almasına əngəl olub. Keşiş körpəni boğaraq sakitləşdirməyə çalışıb.

Keşişin bu şiddətinə təəccüb edən körpənin valideynləri ilk saniyələrdə nə edəcəklərini bilməyiblər və vəftizə mane olmamaq üçün olanlara sadəcə tamaşa ediblər. Lakin vəziyyətin nəzarətdən çıxdığını və keşişin özünə hakim ola bilmədiyini görən kilsə əməkdaşları bir qədər sonra müdaxilə etməyə başlayıblar. Yalnız bundan sonra körpənin atası psixoloji problemləri olan keşişin əlindən övladını dartıb qurtara bilib. (AzVision.az )

Həmçinin oxuyun

“Həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazırıq” – Diaspor təşkilatlarımızın aksiyalarından xülasələr

Arxa cəbhənin ön döyüşçüləri…  Sentyabrın 27-dən etibarən Azərbaycan ordusu işğal altında olan Qarabağda uğurlu əks-hücum …