Ana səhifə / Dünya / Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir kişi dırnaqlarının uzunluğuna görə “Ginnesin rekordlar kitabı”na düşüb.

“Lenta.ru” xəbər verir ki, əsas işi papaqçılıq olan Odilon Ozar adlı şəxsin dırnaqlarının ölüsü 121 sm-dir.

O, dırnaqlarının hər birini mavi və bənövşəyi rəngə boyayıb.

Maraqlıdır ki, Ozarın rekordlar kitabına ikinci dəfə düşüb. O, daha əvvəl ən hündür şlyapanın sahibi kimi də hamıdan fərqlənmişdi. Onun başına qoyub 10 metr yeridikdən sonra qeydə alınmış rekordçu şlyapasının hündürlüyü 4.8 metr olmuşdu.

Amma Ozar bununla kifayətlənmək istəmir. Hazırda o, ən hündür dabanlı ayaqqabı rekordunu yeniləmək üçün çalışmalar aparır.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …