Cümə , Oktyabr 18 2019
Ana səhifə / Dünya / Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir kişi dırnaqlarının uzunluğuna görə “Ginnesin rekordlar kitabı”na düşüb.

“Lenta.ru” xəbər verir ki, əsas işi papaqçılıq olan Odilon Ozar adlı şəxsin dırnaqlarının ölüsü 121 sm-dir.

O, dırnaqlarının hər birini mavi və bənövşəyi rəngə boyayıb.

Maraqlıdır ki, Ozarın rekordlar kitabına ikinci dəfə düşüb. O, daha əvvəl ən hündür şlyapanın sahibi kimi də hamıdan fərqlənmişdi. Onun başına qoyub 10 metr yeridikdən sonra qeydə alınmış rekordçu şlyapasının hündürlüyü 4.8 metr olmuşdu.

Amma Ozar bununla kifayətlənmək istəmir. Hazırda o, ən hündür dabanlı ayaqqabı rekordunu yeniləmək üçün çalışmalar aparır.

Həmçinin oxuyun

Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib”

“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi …