Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Dünya / Amerikalı aktrisa şahzadənin sponsorluğundan imtina edib

Amerikalı aktrisa şahzadənin sponsorluğundan imtina edib

Amerikalı aktrisa Skarlet Yohansson fotomüxbir Linsi Addarionu canlandıracağı film üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın maliyyə yardımı təklifini rədd edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Addario özü məlumat verib:

“Skarlet qəti şəkildə imtina etdi. “Bu adam Yəməndə müharibəni davam etdirir, qadınları həbsxanalara atır” dedi. Bu, Camal Qaşıqçının ölümündən öncə baş vermişdi”.

Addario qeyd edib ki, Məhəmməd bin Salmanın filmin ərsəyə gəlməsində rol almayacağı üçün Allaha şükür etdiyini söyləyib.

Qeyd edək ki, filmdə Addarionun Liviya və Fələstin kimi müharibə bölgələrində çalışarkən məruz qaldığı cinsi zorakılıqlar və şiddətdən bəhs ediləcək.

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …