Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Dünya / Amerikada təhsil naziri Qurana əl basıb and içdi – GÖZLƏNİLMƏZ…

Amerikada təhsil naziri Qurana əl basıb and içdi – GÖZLƏNİLMƏZ…

ABŞ-ın Virciniya ştatında təhsil  naziri vəzifə başına gəlmək üçün Qurana and içib.
Moderator.az yazır ki, bu haqda “Ritşmod Tayms” nəşri xəbər yayıb.
Sosial şəbəkələrdə müsəlman Atıf Karninin yeni nazir kimi vəzifəyə gəldiyində Qurana əl basıb  and içməsinin video-görüntüləri yayılıb. Bu, Amerika nazrinin müsəlmanların Müqəddəs Kitabına and içdiyi ilk haldır.
Nəşrin yazdığına görə, müsəlman A.Karni demokratdır. O, dəniz piyada qoşunlarında  xidmət edib və  son illər riyaziyyat müəllimi işləyib.
Xatırladaq ki, 2006-cı ildə Minnesota ştatından Kit Ellison adlı müsəlman Nümayəndələr Palatasına seçilərkən Amerika tarixində ilk  müsəlman konqresmen kimi ABŞ-ın qurucularından biri və keçmiş prezident Tomas Ceffersona məxsus Qurana and içmişdi.
P.S. Görəsən, müsəlman ölkəsi sayılan Azərbaycanda təhsil nazirini Qurana and içdirsən, təhsildə rüşvətin kökü kəsilər?..

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …