Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / AMEA-da iclas: Əli Nağıyevin oğluna dosent elmi adı verildi

AMEA-da iclas: Əli Nağıyevin oğluna dosent elmi adı verildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda  Elmi Şuranın  iclası keçirilib.
İnstitutdan verilən məlumata görə, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb.
Professor elmi şura üzvlərinə “Azərbaycan  gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramında intellektual gəncliklə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15 dekabr 2017-ci il tarixində Azərbaycan gənc alimlərinin I qurultayının keçirilməsi barədə məlumat verib.
Bu qurultayda AMEA Riyaziyyat və Mexanika İnstitutunu təmsil etmək üçün institutun gənc alimləri  r.ü.f.d, dos. Aydın Şükürov, r.ü.f.d, dos. Səbinə Sadıqova və f.ü.f.d Aynurə Cəfərovanın namizədliyini irəli sürüb. Namizədliyi irəli sürülmüş alimlər şura üzvləri tərəfindən dəstəklənib.
Sonra “Qeyri-harmonik analiz”, “Sürüncəklik nəzəriyyəsi”, “Optimal idarəetmə”, “Təhsil”, “Riyazi fizika tənlikləri” şöbələrinin müdirləri – AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, professor Lətif Talıblı, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, professor Ədalət Axundov rəhbərlik etdikləri şöbələrin illik fəaliyyəti haqqında hesabat veriblər.
 İclasda həmçinin institutun gənc alimlər şurasının sədri dosent Famil Seyfullayev şuranın illik fəaliyyəti haqqında hesabatını təqdim edib.
Daha sonra  “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri t.ü.f.d. Həsən Əli oğlu Nağıyevə 1203.01-Kompüter elmləri ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb.
Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …