Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Altın Kelebek” müsabiqəsinin qalibləri açıqlandı – Siyahı +FOTO

“Altın Kelebek” müsabiqəsinin qalibləri açıqlandı – Siyahı +FOTO

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilib.  

“ Azinorum.az ” xəbər verir ki, 47-ci dəfə baş tutan tədbir “Kanal D” televiziyası vasitəsilə canlı yayımlanıb. Cem Davran və Çağla Şikelin aparıcısı olduğu gecədə müxtəlif kateqoriyalar üzrə qaliblər açıqlanıb. “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə qalib Nahidə Babaşlı olub. O, bu kateqoriyada Ayaz Babayev və Çinarə Məlikzadəni qabaqlayıb. Merve Dizdar və Ezgi Mola “Ən yaxşı qadın aktyor”, Çağlar Ertuğrul isə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib olub.  “Camdaki kız” serialı “Ən yaxşı serial” seçilib. Aparıcı Müge Anlı isə həm “Ən yaxşı gündüz proqramı”, həm də “Ən yaxşı qadın aparıcı” mükafatına layiq görülüb. “TV 8” kanalının rəhbəri Acun Ilıcalı “Ən yaxşı kişi aparıcı” seçilib. Mərasimdə “Ulduzu parlayanlar” kateqoriyası üzrə Ahsen Eroğlu, Cemre Baysel və Melis Sezen mükafat alıb.  “Kardeşlerim” serialının balaca aktrisası Aylin Akpınar “Ən yaxşı uşaq aktyor” mükafatına layiq görülüb. Müğənni İbrahim Tatlıses isə “Ömürlük iftixar” mükafatına layiq görülüb.  “Ən yaxşı romantik komediya aktrisası” mükafatı “Ada masalı” serialındakı rolu ilə Ayça Ayşin Turana verilib. “Ən yaxşı romantik komediya kişi aktyoru” isə Aytaç Şaşmaz seçilib. “Ən yaxşı romantik komediya serialı” Kerem Bürsin və Hande Erçelin rol aldığı “Sen çal kapımı” serialı olub. “Ən yaxşı serial cütlüyü” mükafatı da Hande Erçel ile Kerem Bürsinə verilib.  “Ən yaxşı serial musiqisi” “Masumlar apartmanı” serialına verilib.  “Ən yaxşı ssenari” “Bir başkadır” filminə Berkun Oyaya təqdim edilib. “Ən yaxşı rejissor” mükafatını da “Masumlar apartmanı” serialının rejissorları qazanıb. “Ən yaxşı klip” mükafatına Burayın “Deli kız” klipi layiq görülüb.  “Ən yaxşı komediya serialı” mükafatının sahibi “Çok güzel haraketler bunlar 2” olub. “Ən yaxşı komediya serialı aktrisası” isə Günay Karacaoğlu olub. “Ən yaxşı komediya serialı kişi aktyoru” Cengiz Bozkurt seçilib. Hadise “Ən yaxşı qadın müğənni” olub. “Ən yaxşı kişi müğənni” kateqoriyası üzrə Edis qalib seçilib.  

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …