Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Dünya / Altı biznesmen intiqam məqsədiylə deputatı zorlayıb – İDDİA

Altı biznesmen intiqam məqsədiylə deputatı zorlayıb – İDDİA

Moldovada altı biznesmen intiqam məqsədiylə parlament deputatını zorlayıb.

TV8 telekanalının məlumatına görə, bu barədə “Bizim Partiya”nın (“Partidul Nostru”) rəhbəri  Renato Usatıy bəyan edib.

Onun sözlərinə görə, Vlad Plaxotnyukun rəhbərliyi ilə Demokratik Partiyanın iqtidar olduğu dövrlərdə iş adamları deputatlardan birinin fəaliyyətindən külli miqdarda ziyan görüblər.

“Ploxotnyukun dövründə iş adamlarına çox ziyan vuran bir deputat var idi. Adını çəkmək istəmirəm, amma bunun necə bitdiyini sizə deyə bilərəm. Ploxotnyukun rəhbərliyi dövründə bu deputatın hərəkətləri səbəbindən çox əziyyət çəkən altı biznesmen toplandı və sözün əsl mənasında ona təcavüz etdi”, – deyə Usatıy vurğulayıb.

O, təfərrüatı açıqlamaqdan, o cümlədən parlament üzvünün adını çəkməkdən imtina edib, lakin bu məlumatların doğru olduğuna da əmin edib./Oxu.az

Həmçinin oxuyun

Azərbaycandan İrəvana 211 milyon dollar gedib? – Siyasi qalmaqal

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala …