Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Dünya / Almaniyada yüksək səslə azan oxunmasına icazə verildi

Almaniyada yüksək səslə azan oxunmasına icazə verildi

Almaniyada müsəlmanların yaşadığı Kölndə müəyyən qaydalar çərçivəsində azan oxunmasına icazə verilib. Bununla bağlı şəhər meri Henrietta Reker açıqlama verib. 

Reker bildirib ki, müsəlmanlar şəhərin ayrılmaz bir hissəsidir: “Şəhərimizdə kilsə zənglərinin yanında azanı eşitmək Kölndə müxtəlifliyə dəyər verildiyini göstərir”. Kölndə oxunacaq cümə namazı ilə bağlı bəzi qaydalar da müəyyən edilib. Belə ki, azanın müddəti 10 dəqiqəni keçməməli, səsi çox yüksək olmamalıdır.

Qeyd edək ki, Avropada Fransadan sonra ən çox müsəlman Almaniyada yaşayır. Ölkə müsəlmanlarının 76,4 faizi türk mənşəlidir. Bundan başqa, ölkədə İran, Bosniya və Albaniyadan köçən çoxsaylı müsəlman icmaları mövcuddur.

Həmçinin oxuyun

İranın Şərqi Azərbaycan vilayətinin yeni valisini döydülər – Video

İranın Şərqi Azərbaycan vilayətinin yeni valisi döyülüb. Hadisə valinin tribunada çıxışa başlamaq istədiyi zaman baş …