Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Dünya / Almaniyada seçkilər: Merkelin başçılıq etdiyi alyans qalib gəlir

Almaniyada seçkilər: Merkelin başçılıq etdiyi alyans qalib gəlir

Almaniya Mərkəzi Seçki Komissiyası sentyabrın 24-də ölkədə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, hazırda 25 seçki dairəsinin nəticələri hesablanıb.

İlk yeri səslərin 38%-ni toplayan Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı tutur. İkinci yerdə Sosial-Demokrat  (19,4%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 11,7%.

Azad Demokratik Partiya 10,3% , Yaşıllar Partiyası 7,3%, Sol Partiya 5,8% səs toplayıb.

***21:31

“Almaniya parlamentinə keçirilən seçkilərdə 10 milyondan çox insan iştirak edib. İlkin nəticələrə görə, Bundestaqda 6 partiya təmsil olunacaq. Onlar koalisiya yaradacaqlar. Bu günün ilkin proqnozlazlarına görə, hakim partiyanın yenə lider olaraq qalacağı şübhə doğurmur”.

Virtualaz.org bildirir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab məlumat verib.

Səfirin sözlərinə görə, hakim partiya yaxın gələcəkdə yeni kansler seçəcək.

Xatırlıadaq ki, seçkilərdən əvvəl keçirlən sosioloji sorğuların nəticələrində də bildirilirdi ki, A.Merkelin sədri olduğu hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib olacaq.

Bu isə o deməkdir ki, hazırkı kansler, XDİ/XSİ partiyasının sədri Angela Merkel yenidən postunu qoruyub saxlayacaq.

Virtualaz.org

*   *   *10:40

Bu gün Almaniyada parlament seçkiləri keçirilir.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılıb, səsvermə saat 18.00-da başa çatacaq (Bakı vaxtı ilə saat 10:00-dan 20:00-dək).

Seçkidə 42 partiya 61,2 milyon seçicinin səsi uğrunda mübarizə aparır. Sosioloji rəy sorğularına əsasən hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 36-37 faiz, Sosial Demokrat Partiyası 20-23 faiz, Almaniya üçün Alternativ Partiyası 9-12 faiz, Azad Demokratik Partiya 9-11 faiz, Sol Partiya 8,5-11 faiz, Yaşıllar Partiyası isə  7-8 faiz səs toplayacaq.

Virtualaz.org xatırladır ki, seçkilərin nəticəsində yeni hökumət formalaşacaq, yeni kansler təyin ediləcək.

Hazırkı kansler, XDİ/XSİ partiyasının sədri Angela Merkel yenidən bu postu tutmağa ən real namizəd sayılır.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …