Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Dünya / Almaniyada PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar açıqlanıb

Almaniyada PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar açıqlanıb

Almaniyanın Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatda terror təşkilatı PKK-ya hər il Avropadan 25 milyon avro göndərildiyi əks olunub.

Sputnik Azərbaycan “Haber3“ə istinadla xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyi ölkənin daxili təhlükəsizliyi ilə bağlı ən mühüm hesabatını açıqlayıb. Hesabatda PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar və sənədlər yer alıb. Hesabatda Almaniyada 14 min 500 PKK üzvü olduğu bildirilərək bunların şiddətə meylli olduğu qeyd olunub. Sənəddə 20 səhifə PKK-dan bəhs olunur.

Hesabatda PKK-nın maddi qaynaq təmin etmə fəaliyyətləri də yer alıb. PKK-nın 2018-ci ildə Almaniyadan 14 milyon avro, bütün Avropadan 25 milyon avro topladığı qeyd edilib. Təşkilatın pul mənbəyinin ianələr, üzvlük haqları, yayımların satışından əldə edilən gəlirlər, tədbirlərdən əldə edilənlər olduğu açıqlanıb.

Hesabata görə, 2018-ci ildə PKK tərəfdarlarının qarışdığı cinayətlərin sayı 1873 olaraq müəyyənləşdirilib. Bu rəqəm 2017-ci ilə görə 82,2 faiz artıb. Daxili İşlər Nazirliyinin hesabatında PKK üçün “Almaniya üçün təhlükə potensialı” – deyə ayrı başlıq da açılıb.

Sənədə görə, PKK Almaniyada ən çox üzvü olan və təsirli gücə malik xarici mənbəli təşkilatdır. Onların kütlələri hərəkətə gətirmə gücləri var. Türkiyə Suriyada əməliyyat keçirərsə, Almaniyada təhlükəsizlik vəziyyəti pisləşəcək, aksiyalar genişlənər.

Həmçinin oxuyun

Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”

Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.Cəsusluq, cinayətkar dəstə …