Ana səhifə / Dünya / Almaniyada parlament seçkiləri

Almaniyada parlament seçkiləri

Almaniyada bazar günü səhər başlayan parlament seçkilərində ölkənin hazırkı kansleri Angela Merkelin bir daha qalib gəlməsi proqnozlaşdırılır.

Seçkilərdə qələbə qazandığı halda xanım Merkel 4-cü dəfə kansler olacaq və onun hakim Xristian Demokrat Partiyası (CDU) Almaniya parlamentinin ən böyük partiyası olacaq. CDU-nun hakimiyyətdəki koalisiya partnyoru Sosialist Demokrat Partiyası (SPD) həmçinin CDU-nun əsas rəqibidir. Lakin ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tarixində ilk dəfə bir neçə dairədə qələbə qazanması gözlənilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00 açılıb və axşam saat 18:00-da bağlanacaq. İlkin nəticələrin səsvermənin sona çatmasından bir qədər sonra açıqlanacağı gözlənilir. Çoxları üçün bu seçki xüsusi əhəmiyyət daşıyır. Proqnozlara əsasən, səsvermə nəticəsində 2-ci Dünya Müharibəsindən indiyədək ilk dəfə Almaniya parlamentinə 6 partiya seçilə bilər.

Bu nəticə hakim koalisiyanın quruluşunu dəyişə bilər. (BBC)

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …