Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Almaniyada miqrant daşıyanlara qarşı əməliyyat – Əlövsət Əliyev saxlanıldı

Almaniyada miqrant daşıyanlara qarşı əməliyyat – Əlövsət Əliyev saxlanıldı

Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib.

Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri  “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə Müsavat partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …