Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Almaniya Ukraynaya milyard avroluq hərbi yardım ayırdı

Almaniya Ukraynaya milyard avroluq hərbi yardım ayırdı

Almaniya Ukraynaya bir milyard avro məbləğində yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
“Almaniya Ukraynaya milyard avro dəyərində əlavə silah və texnika verəcək”, – nazir açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu “yaz paketi” sayəsində Almaniyanın müharibə başlayandan bəri Ukraynaya hərbi yardımının ümumi məbləği 3,3 milyard avroya yüksələcək.
Paketə “Patriot” hava hücumundan müdafiə sistemi, daha yeddi “Gepard” zenit qurğusu və IRIS-T SLM hava hücumundan müdafiə sistemi daxildir.
Pistorius qeyd edib ki, Almaniya Ukraynaya dəstəyindən əl çəkməyəcək. O, hava hücumundan müdafiəni ölkə üçün bir nömrəli prioritet adlandırıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …