Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Almaniya kansleri tarix göstərdi: “İmtina edəcəyik”

Almaniya kansleri tarix göstərdi: “İmtina edəcəyik”

Avropa İttifaqı (Aİ) by yay Rusiyadan kömür idxalını dayandıracaq, ilin sonuna qədər isə Rusiya neftindən imtina edəcək.

Yenisabah.az “The Indian Express”ə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz  bildirib.

“Aİ transatlantik tərəfdaşları ilə birlikdə Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar qəbul edib. Bir çox ölkələr bu sanksiyalara qoşulublar. Üstəlik, biz indi Rusiyadan qalıq yanacaq idxalından asılılığı azaltmaq üçün çox iddialı siyasət həyata keçiririk. Bu yay Rusiya kömürünün tədarükünü dayandıracağıq, ilin sonuna qədər Rusiya neftindən imtina edəcəyik və qaz tədarükünü ciddi şəkildə azaldacağıq,” – deyə Şolz hind nəşrinə bildirib.

Xatırladaq ki, ötən ayın əvvəlində Aİ ölkələri Rusiyaya qarşı 5-ci sanksiya paketini təsdiqləyiblər ki, bu da xüsusən fiziki şəxslərə və maliyyə qurumlarına məhdudiyyətlər nəzərdə tutur. Həmçinin bununla Rusiyadan kömür idxalına embarqo qoyulur.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …