Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Almaniya atom elektrik stansiyalarını bağlayır

Almaniya atom elektrik stansiyalarını bağlayır

2011-ci ildə baş verən Fukuşima faciəsindən sonra, fəlakətdən bu yana ən böyük nüvə fəlakəti olan Almaniyada nüvə stansiyalarının fəaliyyətini dayandırma qərarının alındığı, son 6 atom elektrik stansiyasından 3-ü daha bağlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Brokdorf” və “Grohnde” nüvə obyektlərini idarə edən Preussen Elektra şirkətinin baş direktoru Guido Knott bildirib.

“Brokdorf”, “Grohnde” və “Gundremmingen” C reaktorları 30 ildən sonra elektrik şəbəkəsindən çıxarılacaq, qalan 3 nüvə elektrik stansiyası – “İsar 2”, “Emsland” və “Neckarwestheim II” 2022-ci ilin sonunda bağlanacaq.

“Onilliklər ərzində biz Almaniyada təhlükəsiz, iqlimə uyğun və etibarlı elektrik enerjisi təchizatına mühüm töhfə vermişik. Artan enerji xərclərinə baxmayaraq, atom elektrik stansiyalarının bağlanması indi Avropanın ən böyük iqtisadiyyatı üçün geri dönməz addım kimi qiymətləndirilir”, – deyə baş direktoru G.Knott bildirib.

Ölkədəki altı atom elektrik stansiyası 2021-ci ildə Almaniyada elektrik enerjisi istehsalının təxminən 12 faizini təmin edib. Bərpa olunan enerjinin payı 41 faiz olduğu halda, kömürün payı təxminən 28, qazın payı isə təxminən 15 faizdir. Almaniya külək və günəş infrastrukturunu genişləndirərək, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin elektrik enerjisinə olan tələbatının 80 faizini qarşılamağı hədəfləyir.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …