Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Alimlərdən koronavirusla mübarizədə uğurlu addım

Alimlərdən koronavirusla mübarizədə uğurlu addım

Avstraliyalı alimlər müvəffəqiyyətlə 2019-nCoV koronavirusunun laborator surətini alıblar. Onun vasitəsi ilə effektiv vaksinin hazırlanmasını sürətləndirmək mümkün olacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Virus infeksiyaya yoluxmuş pasiyentin orqanizmindən alınıb və uğurla laborator şəraitdə yetişdirilib. Tədqiqatçılar bildirib ki, onlar alınan nümunələri Ümumdünya Səhiyyə Təşkilatı və bütün dünya laboratoriyaları ilə bölüşəcəklər.

Virusun nümunəsindən istifadə potensial vaksinlərin hazırlanmasını sürətləndirəcək. Dərmanlar bədənlərinə virus yeridilən heyvanlar üzərində test olunacaq. Bundan başqa, o, antikorlar üçün testin yaradılmasında istifadə oluna bilər, hansı ki, görünən simptomları olmayan pasiyentlərdə virusu aşkarlayacaq.  

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …