Bazar , Fevral 25 2024
Ana səhifə / Dünya / Ali məktəblərə qəbul imtahanları ləğv edilə bilər 

Ali məktəblərə qəbul imtahanları ləğv edilə bilər 

Türkiyədə ali təhsil müəssisələrinə qəbul imtahanları ləğv edilə bilər.Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu gün hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayında çıxışı zamanı bildirib.

B.Yıldırım qeyd edib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının ali məktəblərdə qəbul imtahanlarının ləğv olunması ilə bağlı təklifi məntiqlidir: “Biz hökumət olaraq Baxçalının bu təklifini nəzərə alıb dəyərləndirə bilərik. Sadəcə, buna bir az zaman lazım olacaq”.

Qeyd edək ki, bu ilin oktyabr ayından Türkiyədə buraxılış və qəbul imtahanlarının sadələşdirilməsi qərara alınıb və bəzi fənlərdən olan imtahanlar ləğv edilib.

Həmçinin oxuyun

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib. Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb. Onun harada …