Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Dünya / Albaniyada restorana “pul atan” turistlərin hesabını İtaliya Baş naziri ödədi

Albaniyada restorana “pul atan” turistlərin hesabını İtaliya Baş naziri ödədi

Albaniyanın Berat şəhərindəki restoranda hesabı ödəmədən tərk edən bir qrup italiyalı turistin hesabını İtaliyanın Baş naziri CVorgia Meloni ödəyib.

Hadisə Baş nazir Meloninin Albaniyada tətildə olduğu vaxtda baş verib.

İtaliyanın Tirandakı səfirliyindən verilən açıqlamada Meloninin göstərişi ilə Beratdakı restorandan hesabı ödəmədən çıxan italyan turistlərin təxminən 80 avroluq hesabı ödədiyi bildirilib.

“İtalyanlar qaydalara hörmətlə yanaşır və borclarını ödəyirlər. Ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq”, – açıqlamada qeyd olunub./Qafqaznfo/

Həmçinin oxuyun

Hakan Fidanın bu hərəkəti dünya mediasında diqqət çəkdi – VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz hərəkəti ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında …