Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Akşener xəstəxanaya yerləşdirildi

Akşener xəstəxanaya yerləşdirildi

İYİ partiyasının lideri Meral Akşenerin səhhətində problem yaranıb.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akşener mədəsində yaranan kəskin ağrılarla bağlı bu gün Ankarada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəxanada onun rahatsızlığı böyük ölçüdə aradan qaldırılıb: “Səhhətində yaranan problemlə bağlı Akşenerin bu gün deputatlarla görüşü ləğv edilib. İlkin məlumata görə, o, sabah xəstəxanadan evə buraxılacaq”.

Xatırladaq ki, bir neçə gündür Ankarada mədə ağrıları və bulanmaları ilə bağlı xəstəxanalara çoxsaylı müraciətlər olub.

Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş bunun səbəbini şəhərə verilən su ilə əlaqələndirib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …