Ana səhifə / Dünya / Akşener üçün çətin gecə: Evinə dönür

Akşener üçün çətin gecə: Evinə dönür

İYİ Partiyanın yerli idarəetmə seçkilərindəki 3,5 faiz nəticəsi Türkiyədə geniş müzakirə olunur.

Türkiyə mətbuatı 31 martı “Meral Akşener üçün ən çətin gecə” adlandırıb. Partiyanın iqtisadi siyasət  başçısı vəzifəsindən istefa verdiyini açıqlayan Prof. Dr. Bilge Yılmaz da başqan Akşeneri istefaya dəvət edib. İYİ Partiya və İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin keçmiş üzvü İbrahim Özkan da sosial media hesabında Akşenerin qurultay qərarından sonra bir daha namizəd olmayacağını iddia edib. İYİ Partiyanın mənbələri iddianı təsdiqləməsə də, partiyada Akşenerə qarşı istefa çağırışlarının artacağı gözlənilir.

Akşener seçki öncəsi verdiyi açıqlamada, istədikləri nəticəni ala bilmədikləri təqdirdə evinə dönəcəyini bildirərək, istefa qərarının siqnalını vermişdi. İYİ Partiya Media Əlaqələri Müdirliyindən gecə saatlarında verilən açıqlamada bildirilib ki, bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinin ortaya çıxması ilə birlikdə sədr M.Akşener bu gün mətbuat konfransı keçirəcək:

“Bundan başqa məlumat və xəbərlərə etibar edilməməlidir”.

Seçki nəticələrini əvvəlcə evindən, sonra dostunun restoranından, səs verdikdən sonra partiya qərargahından izləyən Akşener heç bir açıqlama verməməsi ilə diqqət çəkib. Akşener susarkən, İYİ Partiya Qərargahında böyük bir xəyal qırıqlığının yaşandığı deyilir.

İYİ Partiyanın yerli seçkilərdə gözləniləndən aşağı nəticələri partiyada mübahisə yaradıb. Partiyanın mühüm kadrlarından olan Prof. Dr. Bilge Yılmaz sədr Meral Akşeneri istefaya dəvət edərək özü də vəzifəsindən istefa verib. Prezidentlik Şurasında olan və Akşenerin ən yaxşı kadrlarından sayılan Yılmaz sosial media hesabında etdiyi paylaşımda yazıb:

“İYİ Partiyanın sədri xanım Meral Akşeneri istefaya dəvət edirəm. Qarşıdan gələn ümumi seçkilərdə ölkəmizi AKP hökumətinin pis və səriştəsiz idarəçiliyindən xilas etmək üçün bu gündən işə başlamalıyıq. Bu nəticələr göstərir ki, bizim görəcəyimiz çox iş var və boş yerə vaxtımız yoxdur. Bu istiqamətdə görəcəyim işlərə diqqəti yönəltmək üçün İYİ Partiya İqtisadi Siyasət sədri vəzifəsindən istefa verirəm”. “Cebhe.info”

Həmçinin oxuyun

ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımı təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Dondurulmuş Rusiya aktivlərinin …