Ana səhifə / Dünya / Akşener: “Pul almışamsa, şərəfsizəm“

Akşener: “Pul almışamsa, şərəfsizəm“

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener “Millət İttifaqı”nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb. 

“HaberTürk”də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib. 

“Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər”, – deyə o söyləyib. 

Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. “Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də “Sizdən çəkdiyimiz bəsdir” deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram… 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir “nəfəs alaq” dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu”, – deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi – red.) 

Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: “Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. “Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun” desəydilər, masadan qalxardıq”.

Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: “Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım”. 

Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək “Altılı Masa”nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində “Millət İttifaqı”nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az  

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …