Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / AKP-dən açıqlama: “İran ikinci Suriyaya çevrilməyəcək”

AKP-dən açıqlama: “İran ikinci Suriyaya çevrilməyəcək”

İran ikinci Suriyaya çevrilməyəcək, çünki bu ölkə regionda aparıcı qüvvələrdəndir.

Trend-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.

M.Ünal bildirib ki, İranda gərginliyin artması Türkiyənin marağında deyil.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kirmanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.

Son məlumatlara əsasən, etirazlar zamanı azı 28 nəfər həlak olub.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …