Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Akif Həsənov və Quram Marxulia “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildilər

Akif Həsənov və Quram Marxulia “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildilər

“26 may Gürcüstanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə 2 nəfər Gürcüstanın tanınmış ictimai-siyasi xadimi, Akif Həsənov və Professor Quram Marxulia Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İnformasiya Departamentindən məlumat veriblər. Məlumatda bildirilir ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Gürcüstanın istiqlalçı deputatı, 1990-1992-ci illərdə Gürcüstan Ali Sovetinin deputatı olmuş, “Gürcüstanın Müstəqilliyinin Bərpası haqqında Aktı” imzalayan yeganə azərbaycanlı Akif Həsənovun və Gürücstanın tanınmış ictimai-siyasi və elm xadimi, Professor Quram Marxulianın “26 may Gürcüstanın Dövlət Müstəqilliyi Günü” münasibəti ilə “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …