Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Ailə biznesi? Kardaşyanın bacısı da yarımçılpaq şəkil çəkdirdi

Ailə biznesi? Kardaşyanın bacısı da yarımçılpaq şəkil çəkdirdi

Kim Kardaşyanın böyük bacısı və “Poosh” gözəllik və sağlamlıq saytının təsisçisi Kortni Kardaşyan qaz sobasının arxasına keçərək açıq-saçıq geyimdə şəkil çəkdirib. 

Sputnik Azərbaycan xəbər verir ki, Kortni fotoşəkillərini özünün “Instagram” səhifəsində paylaşıb.

Belə ki, 40 yaşlı Kardaşyan əynində İtalyanın “Roberto Cavalli” lüks markasının muzey kolleksiyasından olan paltarla qaz plitəsinin yanında poza verib. Tünd-yaşıl pulcuqlu tikmələrlə bəzədilmiş paltar məşhurun belini tamamilə açır və onun yanbızını bir az göstərir.

“Əhval-ruhiyyəni qaldırmaq üçün çay hazırlayıram”, – Kardaşyan şəklinə şərhdə yazıb.

2019-cu ilin avqustunda Kortni Kardaşyan “Photoshop”da redaktə edilməmiş şəklini paylaşaraq pərəstişkarlarını təəccübləndirib. Fotoda televiziya ulduzunun yaxtada əynində qara çimərlik paltarı və başında saman şlyapa ilə poza verdiyini görmək olar. Sosial şəbəkə istifadəçilərinin diqqətini Kardaşyanın ombasındakı genəlmələri fotoredaktə etməməsi çəkib.

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …