Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Aİ vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Aİ vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Avropa Birliyi üzv ölkələrinin vətəndaşlarının İrana getməsindən çəkinməsini tövsiyə edib.
Bu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin bəyanatında bildirilib. Qeyd olunub ki, Avropa Birliyi şəxsi təhlükəsizliyin ciddi riski ilə əlaqədar olaraq, vətəndaşlarına İrana getməsindən çəkinməyi tövsiyə edir.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) insan hüquqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirərək, daha 32 fiziki və 2 hüquqi şəxsi qara siyahıya əlavə edib.

Qara siyahıya daxil edilən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələrinin təmsilçiləri, məhkəmə və penitensiar sistemlərin nümayəndələri da var. Hüquqi şəxslər polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə əlaqəsi olan strukturlardır.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …