Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Aİ Türkiyəyə viza ilə bağlı ağır şərt qoydu

Aİ Türkiyəyə viza ilə bağlı ağır şərt qoydu

“Türkiyə terrorizmlə mübarizə haqqında qanun sərtliyini azaltmadan Avropa İttifaqı (Aİ) bu ölkəyə sadələşdirilmiş viza rejimini tətbiq edə bilməz”.

Bunu Belçika xarici işlər naziri Didier Reynders deyib. Belçikalı nazir bildirib:

“Əgər bu qanunu Aİ dəyərlərinə yaxınlaşdırmaq mümkün olarsa, o zaman bu məsələdə bir qədər irəliləyişin əldə edilməsi mümkün olacaq. Türkiyə terrorizmlə mübarizə haqqında qanun sərtliyini azaldarsa, bu zaman viza məsələsində də irəliləyiş əldə oluna bilər”.

Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan isə bildirib ki, Brüssel Türkiyənin vizasız rejimin tətbiqi ilə bağlı təqdim etdiyi sənədləri analiz edib. (AzVision.az)

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …