Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin daimi nümayəndələri bu gün Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərarı təsdiqləyiblər.
Bu barədə “TASS” agentliyinə Aİ Şurasındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, Aİ-nın daimi nümayəndəliklər komitəsi Rusiyaya münasibətdə tətbiq olunan fərdi məhdudlaşdırıcı tədbirləri daha 6 ay müddətinə uzadıb. Həmçinin, Ukrayna separatçılarının “Donetsk Xalq Respublikası”nın 31 avqustda qətlə yetirilən lideri Aleksandr Zaxarçenkonun adı fərdi sanksiyalar siyahısından çıxarılıb. Bununla da, Aİ-nın Rusiyaya qarşı sanksiyaları 154 fiziki şəxs və 44 təşkilatı əhatə edəcək.

Mənbə onu da vurğulayıb ki, yaxın günlərdə komitənin qərarını formal qaydada Aİ Şurası da təsdiqləyəcək və sənəd İttifaqın rəsmi jurnalında dərc olunmaqla qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda Rusiyaya qarşı Aİ-nın bir neçə sanksiyalar paketi qüvvədədir. Bu sanksiyalara iqtisadi, fərdi və Krımın ilhaqı səbəbindən ayrıca məhdudiyyətlər daxildir.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …