Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Aİ plastikdən imtina edir: 2025-ci ilə qədər…

Aİ plastikdən imtina edir: 2025-ci ilə qədər…

Avropa İttifaqı plastikdən hazırlanmış əşyalara məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara görə, 1 dəfə istifadə edilən plastik qab, stəkan, qaşıq-çəngəllər bazardan yığışdırılacaq. Plastik qulaq pambığı, balon çubuqları, qab-qacaq və s. məhsullar təbiət üçün zərərsiz başqa materialdan hazırlanacaq. Plastik içki və qida qablarını da digər alternativlərlə əvəzləmək planlar arasındadır.
Plastik paketlər, nəm salfet, siqaret filterləri kimi materialların istehsalı ilə məşğul olan şirkətlər tullantıların xərclərini ödəməli olacaq.
Aİ ölkələri 2025-ci ilə qədər plastik butulkaların saxlanıldığı sistem yaradacaq və bu məhsullar təbiətə atılmayacaq.
Plastikdən hazırlanmış məhsulların toplanması, daşınması, yenidən emal edilməsi, bu barədə əhalinin məlumatlandırılması icra ediləcək qaydalardandır.
Aİ hazırda qərarın ilkin mərhələsinin qəbuluna hazırlaşır. Daha sonra ölkələr lazımi əlavə və dəyişiklikləri edəcək.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …