Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Dünya / Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər- Ərdoğan

Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər- Ərdoğan

Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kral FM”də canlı yayımda bildirib.

Ərdoğan deyib ki, əgər ailəsi istərsə, bunu üçün müvafiq addımları atarlar. Türkiyə Prezidenti ölkədə hər hansı partiyanın seçicisinə həqarətlə yanaşmadığını, tənqidlərinin həmin partiyaların terrorla əlaqəli rəhbərliyinə yönəlik olduğunu vurğulayıb.

Qeyd edək ki, Ə. Kaya 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub. Anası türk, atası kürd əsilli olan A. Kaya mahnılarında terroru təbliğdə günahlandırılıb. 10 fevral 1999-cu ildə Maqazin Qəzetçiləri Dərnəyi tərəfindən ilin ən yaxşı sənətçisi mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində kürd dilində nəğmə yazdığını və həmin mahnını telekanallarda səsləndirmək istədiyini bildirib. Bu, ciddi təpgilərə yol açıb və müğənni oteldən xüsusi mühafizə altında çıxarılıb. A. Kaya16 noyabr 2000-ci ildə Parisdə evində ürək tutmasından vəfat edib, 17 noyabrda Parisdə dəfn olunub.

Həmçinin oxuyun

Pasportun ilginc tarixi haqda maraqlı faktlar

Pasportun yaranma tarixi barədə çoxları məlumatsızdır. Beləliklə məlumata görə pasport haqqında ilkin məlumat Nehemyanın kitabında …