Ağ Ev həkimi deyib ki, ABŞ prezidenti Donald Tramp əla sağlamlığa malikdir.
Ronni Cekson çərşənbə axşamı bildirib ki, “Məndə onun əqli qabiliyyəti və ya neyroloji funksiyaları ilə bağlı narahatlıq yoxdur”.
Keçən həftə, 71 yaşlı cənab Trump ABŞ prezidenti olduqdan bəri ilk dəfə 3 saatlıq tibbi müayinədən keçib.
Donald Tramp müayinədən sonra həkimlə danışır
Jurnalistlərdən biri qızardılmış toyuq yeyən, diyet kola içən və idman etməyən birinin necə belə sağlam olması sualını səsləndirib.
Həkim isə cavabında deyib ki, “Buna genetika deyilir … Onun inanılmaz genləri var”.
“Fire and Fury” kitabının müəllifi Maykl Vulfa görə isə, prezidentin Ağ Evdəki bütün köməkçiləri Trump-ı “dərhal sakitləşdirliməyə” ehtiyacı olan bir “uşaq” kimi görürlər.
Cənab Tramp, Wulfun kitabının “yalanlarla dolu” olduğunu söyləyib (BBC).