Bazar , Yanvar 17 2021
Ana səhifə / Dünya / Ağ Ev rəsmi olaraq İrandakı etirazçıları dəstəklədi

Ağ Ev rəsmi olaraq İrandakı etirazçıları dəstəklədi

Ağ Ev rəsmi olaraq İranda etiraz edən insanları dəstəkləyib.

RİA “Novosti” xəbər verir ki, bunun bağlı Ağ Evin rəsmi nümayəndəsi söyləyib: “Biz İran xalqının öz mövqeyini dinc şəkildə ifadə etməsini dəstəkləyirik. Bu səs eşidilməlidir. Biz bütün tərəfləri dinc şəkildə fikir ifadə etmək fundamental hüququnu müdafiə etməyə və senzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq”.

Bir müddət əvvəl etirazçılara öz dəstəyini ABŞ prezidenti Donald Trapm ifadə edib. O, ölkədə etirazların baş verdiyi zaman “internetin kəsilməsini” qınayıb.

Ötən həftə İranın Məşhəd şəhırində 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar iqtisadi tələbləri irəli sürüb. Polis əməkdaşları icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib.

Həmçinin oxuyun

Ordusu olmayan ölkələrin SİYAHISI

Bu ölkələr rəsmi olaraq silahlı qüvvələrə malik deyillər. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. …