Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Ağ ev “Huawei”lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb – Detallar

Ağ ev “Huawei”lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb – Detallar

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huawei” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.

Azərtac Financial Times qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.

Lakin “Huawei” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.

İki həftə öncə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşündən sonra Vaşinqton və Pekinin atəşkəs imzaladığını bildirib.

Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, “Huavei” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda “Intel”, “Broadcom” və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib.

“Huawei” ABŞ hakimiyyətinin fəaliyyətini təhlükəli presedent adlandırıb. Kompaniyanın hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpinin sözlərinə görə, ABŞ-ın bu məqsədlə bütün mümkün alətlərdən və dövlət gücündən istifadə etməsi bənzər hadisənin istənilən sahə və müəssisənin başına gələ biləcəyindən xəbər verir.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis qazancı isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …