Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Afrində antiterror əməliyyatı 4 həftə davam edəcək” – Baş nazir

“Afrində antiterror əməliyyatı 4 həftə davam edəcək” – Baş nazir

“Zeytun Budağı” antiterror əməliyyatı 4 həftə sürəcək”.

Report” Hürriyət qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Naziri Binəli Yıldırım mətbuat konfransı zamanı media nümayəndələrinə deyib.

Baş Nazir qeyd edib ki, terrorçulara dəstək verən hər bir qüvvə bu əməliyyatın hədəfi olacaq. Afrində ümumi olaraq terrorçuların sayının 8-10 minə yaxın olduğunu bildirən Binəli Yıldırım deyib ki, əməliyyat zamanı 30 kilometr ərazi civarında təhlükəsizlik zonası yaradılacaq.

Yıldırım son olaraq qeyd etdi ki, bu antiterror əməliyyatı Soçi və Astana proseslərinə (Suriya münaqişəsinin həlli- red.) təsir göstərməyəcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …