Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Afrində 287 terrorçu zərərsizləşdirilib – 47 hədəf vurulub

Afrində 287 terrorçu zərərsizləşdirilib – 47 hədəf vurulub

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində 287 terrorçu zərərsizləşdirilib.

Bildirilib ki, ötən gün şəhid olan iki hərbçinin nəşi döyüş bölgəsində qaldığından götürmək mümkün olmayıb.

Qeyd edilib ki, bu gün hava hücumlarına 27 qırıcı təyyarə cəlb olunub, PKK, PYD və İŞİD terrorçularına məxsus 47 hədəf vurulub.

Hazırda Afrində antiterror əməliyyatları uğurla davam etdirilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …