Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Afrində 11 strateji məntəqə terrorçulardan azad edildi

Afrində 11 strateji məntəqə terrorçulardan azad edildi

Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar uğurla davam edir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Zeytun budağı” adlı əməliyyatın üçüncü günündə Afrində bir sıra strateji yerlər terrorçulardan azad edilib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu ilə birlikdə apardığı əməliyyatlar zamanı uzun illər PKK- YPG terror təşkilatının işğalında olan Burseya dağında 10-dan çox yaraqlı zərərsizləşdirilib və nəzarət ələ keçirilib. Azad Suriya Ordusu Burseya dağında qələbəni qeyd ediblər.

Ümumilikdə isə 3 gün ərzində 11 strateji məntəqə terrorçulardan geri alınıb.

Həmçinin oxuyun

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” – VİDEO

Ermənistanın Baş naziri Kremli və şəxsən Putini aldatmağa davam edir. Amma bu dəfə heç nə …